“ABŞ Prezidenti Donald Tramp İrana hərbi müdaxilədən son anda imtina etdi”.
Teleqraf.com xəbər verir ki, bu məlumatı ABŞ-da nəşr olunan “Nyu-York Tayms” qəzeti yayıb.
Qəzet qeyd edib ki, Tramp iyunun 20-də İrana raket zərbələri vurmaq əmri verməli idi:
“Lakin Amerika başçısı İrana hava zərbələri endirmək qərarından son anda imtina etdi. ABŞ hökuməti Amerika vaxtı ilə saat 19:00-da İrana aid bəzi radar və raket batereyalarının vurulacağını gözləyirdi. Lakin Trampın bu qərardan imtina etməsinə görə hücum baş tutmadı”.
Əlavə edək ki, Donald Tramp iyunun 20-də verdiyi açıqlamada yaxın zamanlarda İrana zərbələrin endiriləcəyini açıqlamışdı.