25 İyun 2019 13:33
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beş il əvvəl Krım və Donbasa görə Rusiyanı cəzalandıran AŞPA bu gün Rusiyanı yenidən assambleyaya geri qaytardı. Bu 5 il ərzində Ukrayna məsələsində hansı dəyişiklik baş verdi ki, AŞPA bu addımı atdı? Çünki beş il ərzində Krımın heç vaxt qaytarılmayacağı, bu məsələnin artıq qapandığı, Donbasa isə ən azı Ukrayna daxilində muxtar status veriləcəyi məlum oldu”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.

Ekspertin fikrincə, bu illər ərzində Ukrayna Rusiyadan hiss ediləcək dərəcədə uzaqlaşıb:

“Beləliklə, Bjezinskinin yazdığına uyğun olaraq, ABŞ Ukraynanı Rusiyanın orbitrindən uzaqlaşdıraraq, Qərb sərhədlərində NATO hərbçilərinin və raketlərinin ruslarla üz-üzə qalmasına gətirib çıxardı.

Rusiya Krım və Donbas məsələləri ilə bir daha göstərdi ki, “yaxın ətraf”ında baş verən bütün geosiyasi hadisələrə ən radikal metodlarla cavab verəcək. Başqa sözlə, uduzan Ukrayna dövləti oldu, böyüklər kompromisə gələ bildilər”.

Zaur Məmmədov hesab edir ki, Avropa son zamanlar Vaşinqton yox, Moskva istiqamətində hərəkət etməyə başlayıb: “Bu yolda ən böyük əngəl dünyanın maliyyə sisteminin Vaşinqtonda cəmlənməsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər