Ukrayna-Rusiya sərhədinin 100 kilometrdən artıq hissəsi separatçıların nəzarəti altındadır.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının analitik-informasiya mərkəzinin sədri Andrey Lısenko bildirib.
O deyib ki, sərhədin qalan hissəsi isə Ukrayna hərbçilərinin nəzarətindədir və burada möhkəm müdafiə mövqeyi qurulub.
Bu arada atəşkəs rejimi olmasına baxmayaraq, Donetsk və Luqanskda vəziyyət gərgin olaraq qalır.
Ən təhlükəli vəziyyət Donbasın 6 şəhərindədir. A.Lısenkonun sözlərinə görə, yaraqlılar əldə edilmiş razılaşmaları pozur və ayrı-ayrı yerlərdə ukraynalı döyüşçüləri atəşə tutur: “Ukrayna hərbçiləri atəşkəs şərtlərinə ciddi əməl edir və yalnız cavab atəşi açırlar. Hərbçilərimiz tərəfindən sərhədlərin möhkəmləndirilməsi, qoşunların döyüş potensialının bərpası işi davam etdirilir”.
Samir