27 İyun 2019 00:58
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının prezidenti Vladimir Putin İnquşetiyanın rəhbəri Yunusbek Yevkurov ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Y.Yevkurov ilə görüşdə ona təşəkkür edib və istefasını qəbul edib.

Daha sonra Vladimir Putin Mahmud-Əli Kalimatovu İnquşetiyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edib.


Müəllif: Teleqraf.com