İŞİD-in başını kəsdiyi ametikalı jurnalist Steven Sotloffun dostu və həmkarı Barak Barfi CNN-ə açıqlamasında bildirib ki, dostunu yaraqlılara 25-50 min dollar arasındakı məbləğə satıblar.
İstiqamet.com xəbər verir ki, jurnalisti İŞİD-ə Əsəd rejiminə qarşı müxalifətdə olan qüvvələr satıb.
Bəşər Əsədin köməkçisi Buseyna Şaban bildirib ki, hər iki amerikalı jurnalisti Azad Suriya Ordusu saxlayıb və sonra İŞİD-ə satıblar.