27 İyun 2019 13:07
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tiflisdə hakimiyyət və Rusiya əleyhinə davam edən etiraz aksiyalarının təşkilatçıları ümumxalq mitinqi elan edib.

Teleqraf.com xəbər verir ki, mitinqlərin təşkilatçısı Şot Digmelaşvili iyunun 29-da “Azadlıq Yürüşü”nə başlayacaqlarını açıqlayıb.

“Şənbə günü mitinqlərin onuncu günü olacaq. Həmin gün evlərdə olan hər kəs, polislər, QHT-lər və bütün Gürcüstan ayağa qalxacaq. Gürcüstanın sivil cəmiyyəti ilə “Azadlıq Yürüşü”nə başlayacağıq”, - deyə Digmelaşvili qeyd edib.

Bundan əvvəl isə nümayişçilər milyarder, hakim Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanişvilinin iqamətgahı qarşısında mitinq keçirməyi planlaşdırır.

Bu barədə jurnalistlərə açıqlamasında nümayişin moderatoru Mişa Mşvildadze deyib: “Yekun qərar verilib, oraya gedəcək və Bidzina İvanişvilini oyandıracağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər