ABŞ-ın ötən il çıxdığı Qısa və Orta Mənzilli Nüvə Silahları Anlaşmasından Rusiya da çıxdığını elan edib.
Teleqraf.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Duma tərəfindən qəbul edilən qanun layihəsini imzalayıb.
Bununla da dünyada nəzarətsiz nüvə rəqabətinin qarşısı açılıb.
Xatırladaq ki, sözügedən anlaşmanı 1987-ci ildə SSRİ lideri Mixail Qarbaçovla ABŞ prezidenti Ronald Reyqan imzalayıb.
Anlaşmanın qüvvədə olduğu 32 il müddətində ABŞ və Rusiya ixtiyarında olan 500-5500 kilometrlik qısa və orta mənzilli nüvə başlığı daşıya bilən raketləri məhv edib.
Ancaq ABŞ Prezidenti Donald Tramp Rusiyanı son 5 ildə anlaşmanı pozaraq nüvə başlığı daşıyan raketlər istehsal etməkdə ittiham edib. Kremli ABŞ-ın əlində olan faktların reallığı əks etdirmədiyini bəyan edib.
Donald Tramp anlaşmanın yenidən müzakirə edilməsi və imzalanacağı təqdirdə Çinin də bu prosesdə tərəf kimi iştirak etməsinin vacibliyini önə sürüb.