Seçkilərdə rəqibi Aleksis Çiprası geridə qoyaraq, Yunanıstanın yeni baş naziri seçilən Kiriakos Mitsotakis Türkiyə lehinə danışaraq, tarix boyu davam edən türk- yunan müharibələrinin əslində yunan mədəniyyətinə təsirsiz ötüşmədiyini vurğulayıb.
Teleqraf.com xəbər verir ki, Yunanıstanın yeni baş naziri Kiriakos Mitsotakis hətta türk paxlavasını tərifləməkdən də qalmayıb:
“Paxlava türk mənşəli çox gözəl bir şirniyyatdır”.
Kiriakos Mitsotakis ləzzətinə görə dünyada məşhur olan paxlavanın türklərə məxsus olduğunu dilə gətirməklə yanaşı, Çobani yoqurtunun da yunanlara aid olmadığını sözlərinə əlavə edib.
İmamət İsmayılova