Türkiyənin Azərbaycan əsilli modeli Çağla Şıkelin sosial şəbəkədə paylaşdığı foto müzakirəyə səbəb olub.
Teleqraf.com xəbər verir ki, uşaqlarla fotosunu İnstaqramda paylaşan Çağla sosial şəbəkə icləyicisinin təhqiramiz rəyi ilə üz-üzə qalıb.
Modelin paylaşımı “bəyən”i yağışına tutulduğu halda, bir izləyicisi “Bədəniniz kişi bədəninə oxşayır, hormonunuz bir qədər artıq olsaydı, kişi olacaqdınız, üz xətləriniz də iri və sümüklüdür”,rəyini yazıb.
Çağla izləyicisinin tənqidinə “Allahım belə yaradıb, şükürlər olsun”, cavabını verib.
Pərəstişkarlarından modelə dəstək gəlib.
Fotonu təqdim edirik: