Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə təhvil verilməsi prosesinin başlaması dünya mediasında geniş yer verilib.
Teleqraf.com xəbər verir ki, ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzeti gəlişməni “Türkiyə ABŞ və NATO-ya meydan oxudu” başlığı ilə manşetə çıxarıb.
Qəzet yazır ki, Türkiyə ABŞ və NATO-ya meydan oxuyaraq, təhdidlərə məhəl qoymayaraq rus “S-400”-lərinin ilk partiyasının təslim edilməsini reallaşdırdı.
Türk politoloq Rəşid Məmiş isə prosesi “sarsıdıcı” adlandırıb:
“Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, Türkiyəyə rus “S-400” zenit-raket komplekslərinin təslim edilməsi başlayıb. Anlaşma Türkiyənin NATO-dakı müttəfiqlərini sarsıtdığı halda, ABŞ sanksiyalarının qarşısını açmaq ehtimalını gücləndirir”.
Əlavə edək ki, Rusiyadan alınan sistemlərin təslim edilməsi iyulun 12-dən başlayıb.