15 İyul 2019 16:16
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü Nyu-Yorka gələn İran Xarici İşlər naziri Cavad Zərifə və onu müşayiət edənlərə viza verildiyini açıqlayan ABŞ Dövlət katibi Mayk Pompeo əlavə edib ki, İran nümayəndə heyəti ancaq bəlli bölgələrdə sərbəst hərəkət edə biləcək.

Teleqraf.com xəbər verir ki, bazar günü BMT-nin Nyu-Yorkdakı mərkəzi ofisinə gələn Cavad Zərif burada bir sıra görüşlər keçirməyi planlaşdırır.

ABŞ dövlət katibi Pompeo ölkəsinə daxil olan Cavad Zərif haqqında açıqlama verib:

“İran xarici işlər naziri və nümayəndə heyətinə viza verilib, amma onların ABŞ-a səyahəti məhdud olacaq. ABŞ diplomatları Tehranda rahat gəzə bilmir. Dolayısı ilə iranlı diplomatın Nyu-Yorkda azad gəzməsi üçün bir səbəb görmürəm. İran heyəti sadəcə BMT mərkəzi ilə İran təmsilçiliyi və İranın BMT-dəki daimi təmsilçisinin otağı arasında gəzə biləcək”.

Pompeo haqlı olduqlarını deyərkən “xarici işlər naziri Zərif siyasi müxalifəti həbsxanaya göndərən, qadınlarla vəhşi davranan bir rejimi dəstəkləyən liderdir” ifadəsini də işlədib.


Müəllif: Cavad

Oxşar xəbərlər