16 İyul 2019 15:52
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qvineya körfəzinin Nigeriya sahillərində “Paksoy-1” adlı türk gəmisi dəniz quldurlarının hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, gəmidəki heyətin 10 üzvü əsir alınıb.

Məlumatda qeyd edilir ki, gəminin personalı türkdür və hadisə iyulun 13-də baş verib. Gəmiyə hücum zamanı yaralanma və ölüm faktı qeydə alınmayıb.

Hazırda gəmi personalının azad buraxılması üçün danışıqlar aparılır. O da aydın olub ki, yük gəmisi boş vəziyyətdə dəniz quldurları tərəfindən götürülüb.

Gəminin sahibi olan Qədiroğlu Dəniz Şirkəti faktla bağlı açıqlama yayıb. Şirkət personalın azadlığa buraxılması üçün danışıqlar apardığını qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər