Haqlarının pozulmasına etiraz olaraq saxlanıldığı Marağa həbsxanasında aclıq aksiyası keçirən Güney azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi aksiyanı dayandırıb.
Teleqraf.com xəbər verir ki, 2 uşaq anası olan Həkimə Əhmədi tələblərinin həbsxana rəhbərliyi tərəfindən yerinə yetirildiyini bildirib.
Məlumata görə, hüquqi yanlışlığa yol verilən ittihamnamə yenidən məhkəməyə qaytarılıb.
Fəalın məhkəmə prosesi İran İnqilab Məhkəməsində olacaq.
Həkimə Əhmədi Binab Ədliyyə Şöbəsinə ünvanladığı məktubda qeyri-müəyyən və ağır vəziyyətdə saxlanmasına etiraz olaraq iyulun 13-də aclıq aksiyasına başladığını elan etmişdi.