17 İyul 16:47
376

İraqın Ərbil şəhərində Türkiyə konsulluğu əməkdaşlarının olduğu restorana silahlı hücum nəticəsində 1 türk diplomat ölüb, 2-si yaralanıb.

Teleqraf.com xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Öldürülən diplomat Türkiyənin Ərbildəki baş konsulunun müavinidir.

Diplomatlara hücum edən terrorçu öldürülüb.

***

16:28

İraqın şimalında yerləşən Ərbil şəhərində Türkiyə konsulluğunun əməkdaşları olan restorana silahlı hücum nəticəsində 3 diplomat öldürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində yaralananlar da var.

Əraziyə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hücum edənlərin kimliyi hələlik məlum deyil.


Müəllif: Teleqraf.com