29 İyul 2019 15:39
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pilot uçuşu davam etdirmək üçün sərnişinlərdən 3 min ABŞ dolları yığıb.

Teleqraf.com xəbər verir ki, aldığı yanacağın qiymətini ödəmədiyi üçün İraq Hava Yollarına məxsus sərnişin təyyarəsinin Tunis hava limanından uçuşuna qadağa qoyulub.

Pilot uçuşu davam etdirmək məqsədilə sərnişinlərdən 3 min ABŞ dolları istəyib. Pul toplandıqdan sonra təyyarənin uçuşuna icazə verilib.

Baş verən biabırçı hadisəyə dair İraq Hava Yolları hər hansı bir açıqlama verməyib.

Tunisdəki Bağdad səfirliyi isə elan edib ki, təyyarəyə hava limanında əl qoyulub və buna səbəb pilotun yanacağın pulunu gecikdirməsi səbəb olub.

Təyyarədə olan sərnişinlərdən biri pilotun 3 min dollar istəməsi anını telefona çəkə bilib.


Müəllif: Cavad

Oxşar xəbərlər