Bəsrə körfəzi regionunda gərginliyin səbəbi xarici güclərin orada iştirakından qaynaqlanır.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Tehranda Oman xarici işlər naziri Yusif Ələvi ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, əcnəbi qüvvələrin körfəzdə varlığı regionda təhlükəsizliyi təmin etməyə kömək etməyəcək, Hörümüz boğazının təhlükəsizliyinin təmin olunmasında məsuliyyət əsasən İran və Omana aiddir.
Prezident əlavə edib ki, regionda xoş olmayan hadisələrə və gərginliyə səbəb ABŞ-ın nüvə anlaşmasından birtərəfli çıxması olub.
Prezident bəyan edib ki, İran Hörümüz boğazı və Oman dənizindəki daşınmaların təhlükəsizliyini təhdid edəcək hadisələrə qarşı ciddi müqavimət göstərəcək
Xatırladaq ki, İran tərəfinin körfəzdə İngiltərəyə aid neft tankerinə əl qoyması bölgədə vəziyyəti gərginləşdirib. İngiltərəyə aid hərbi gəmi artıq körfəzə daxil olub.