30 İyul 2019 13:12
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Rusiya donanması Bəsrə körfəzi və Hörmüz boğazında birgə hərbi təlim keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İran dəniz qüvvələrinin komandanı Hüseyn Hanzadi bildirib.

Sankt-Peterburqda səfərdə olan general Hanzadi deyib ki, iki ölkənin birgə təlimləri məsələsində anlaşma əldə edilib.

Yaxın zamanlarda hərbi təlimlərin koordinasiya və planlaşdırma toplantısının keçiriləcəyini bildirən general əlavə edib ki, təlimin ilin sonuna qədər keçirilməsi planlaşdırılır.

Rusiya səfərində iki ölkənin baş qərargah rəisləri arasında anlaşma imzalandığını bildirən general Hüseyn Hanzadinin sözlərinə görə, razılaşmanın hədəfi hərbi əməkdaşlığı gücləndirməkdir.


Müəllif: Cavad

Oxşar xəbərlər