Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması ABŞ-a ciddi problemlər yaradacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransada nəşr olunan “Le Monde” qəzeti yazıb.
Qəzet qeyd edib ki, S-400-lərin Türkiyədə yerləşdirilməsi, bu ölkədə həmin sistemlərin dislokasiya işləri ilə məşğul olan rus hərbi mütəxəssislərinə Ankarada olan “F-35” qırıcılarının hərbi-texniki sirlərinin ələ keçirməsinə imkan yaradacaq:
“ABŞ bunun qarşısını almaq üçün “F-35”-lərə uzaq məsafədən nəzarət etməyə çalışacaq. Digər yandan, türk-rus anlaşması Rusiyanın bir NATO ölkəsində öz mövqeyini gücləndirməsi mənasını verir”.
“Le Monde” yazır ki, Türkiyənin ABŞ-ın hədələrini nəzərə almayaraq, Rusiyadan uzaqmənzilli raket sistemləri alması, prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı şəxsi münasibətlərdən qaynaqlanır.