İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğluna təbrik ziyarətləri davam edir.
Teleqraf.com xəbər verir ki, bu günlərdə Kolumbiyanın sabiq prezidenti Andres Pastrana Aranqo, Braziliyanın İstanbuldakı baş konsulu Paulo Roberto França, Yunanıstanın baş konsulu Georgia Soultanopoulou Əkrəm İmamoğlu ilə görüşüb.
Görüş zamanı Bələdiyyə rəhbərinin qonaqlarla ingiliscə danışması sosial medianın gündəminə çevrilib.
Məlum olub ki, Əkrəm İmamoğlu təbrikə gələnlərlə tərcüməçisiz söhbət edib.