İndoneziyada üç nəfər nikahdankənar cinsi əlaqəyə girmək ittihamı ilə ictimai yerdə şallaqlanıb.
Teleqraf.com xəbər verir ki, bu ittihamla cəzalandırılan qadınlardan biri şallaqlama vaxtı ağlayaraq huşunu itirib.
100 şallaq zərbəsi ilə cəzalandırılan 22 yaşlı qadın özünə gəldikdən sonra hökm sonadək icra olunub.
Cəzalandırılan kişidən birinin 19 yaşı olub. O, özündən böyük bir qadınla cinsi əlaqədə olduğu üçün şallaqlanıb.