3 Avqust 2019 11:15
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ yeni raket sınaqlarına başlayacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu haqda Pentaqon açıqlama yayıb.

ABŞ müdafiə naziri Mark Esper sözçüsü vasitəsilə bəyan edib ki, artıq müvafiq müqavilə qüvvədən düşüb: “Nazirlik yerdən atılan raketlərin istehsalına var gücü ilə dəstək verəcək”

Adının çəkilməsini istəməyən yüksək çinli amerikalı hərbçi isə CNN kanalına deyib ki, ABŞ ordusu nüvə başlığı daşımayan raket sistemləri ilə bağlı fəaliyyətə başlayıb. O bildirib ki, raket sistemlərinin yaradılmasında məqsəd Avropada Rusiya ilə mübarizə aparmaqdır.

Qeyri-rəsmi məlumatlara görə, ABŞ bir neçə həftə içində yerdən atılan raketlərin sınağına başlayacaq, oktyabrdan etibarən Pentaqon orta mənzilli ballistik raketləri sınaqdan keçirəcək.

Xatırladaq ki, dünən Vaşinqton 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan Orta Mənzilli Raket Anlaşması (İNF) qüvvədən düşdüyünü elan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər