3 Avqust 2019 13:50
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Cavad Zərif ötən ay Nyu-Yorka səfəri zamanı ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə dəvət edilib.

Teleqraf.com-un məlumatına görə, İran və ABŞ diplomatlarına istinadla bu iddia ilə çıxış edən “New Yorker” jurnalı bəyan edib ki, Cavad Zərifə dəvət Respublikaçı senator Rand Raul tərəfindən olub.

Vurğulanır ki, senator Paul iyulun 15-də Trampın məlumatlandırılması daxilində BMT-nin toplantısına qatılmaq üçün Nyu-Yorka gələn Zəriflə görüşüb. Görüşdə İranın nüvə proqramı və Bəsrə körfəzindəki gərginliklər müzakirə edilib.

Görüş zamanı Cavad Zərif senatora İranın nüvə proqramı ilə bağlı Trampın narahatlığını dayandırmaq məqsədilə Ali dini lider Xameneyinin 2003 və 2010-cu illərdə nüvə silahlarını qadağan edən fətvasının Məclisdə qanun şəklinə salınması da daxil olmaqla müxtəlif təkliflər irəli sürüb.

Senator öz növbəsində Zərifi bu təklifləri Trampa çatdırmaq üçün Ağ Evə dəvət edib. Zərif isə görüşün foto və çəkilişindən ibarət ola biləcəyindən və nəticə əldə olunmayacağından narahat olduğunu ifadə edib.

Eyni zamanda İran diplomatı Prezident Trampla görüşə dair təkbaşına qərar verməyəcəyini, prosedur qaydalara əsasən Tehranla məsləhətləşmə aparmalı olduğunu bildirib. Məlumata görə, təkliflə bağlı İran hakimiyyəti ilə məsləhətləşmə həyata keçirilib və ali dini liderlə Xameneyi Zərifə Ağ Evdə Trampla görüşə icazə verməyib.

Məhz bu proseslərdən sonra ABŞ Maliyyə Nazirliyi İranın xarici işlər naziri Cavad Zərifin adını qara siyahıya salıb.


Müəllif: Cavad

Oxşar xəbərlər