Bu gün günorta saatlarında Suriyadakı silahlı qruplar Rusyanın Hmeymim hərbi bazasını növbəti dəfə raket atəşinə tutub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Atılan 4 raketdən biri hərbi bazanın yaxınlığındakı məntəqələrdən birinə düşüb. Nəticədə 2 mülki şəxs ölüb, 4-ü yaralanıb.
Rusiyalı hərbçilərin xəsarət almadığı bildirilib.
Qeyd edək ki, avqustun 5-də də sözügedən baza raket hücumuna məruz qalmışdı.