“Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla görüşmək istəyir, bu məsələ hələ də gündəlikdədir”.
Teleqraf.com xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib.
Ölkənin baş diplomatı bundan əvvəl Trampla görüşün təşkili üçün edilən səylərin nəticə vermədiyini bildirib:
“Bu görüş ötən il sentyabrda Nyu-Yorkda keçirilən sammiti çərçivəsində olmalı idi, lakin bu, baş tutmadı. Amma belə bir görüşün keçirilməsini istəyirik”.
Əlavə edək ki, Ağ Ev ötən il rəsmi İrəvanın Donald Trampla görüşlə bağlı iki müraciətini rədd edib.
Rəsmi Vaşinqtondan verilən açıqlamada Paşinyanla görüş üçün Trampın vaxtının olmadığı bildirilmişdi.