Ermənistan ABŞ-ın Ticarət Nazirliyinin iki erməni şirkətinə sanksiya tətbiq etməsinə görə rəsmi Vaşinqtona etiraz edib.
Teleqraf.com xəbər verir ki, etiraz bəyanatını sanksiyaya məruz qalan İrəvan Elmi-Tədqiqat Rabitə İnstitutu QSC (İrNİSS) və “Markel” QSC-nin rəhbərliyi yayıb.
Şirkətlərin rəhbərlikləri ABŞ-ın ittihamlarını qəbul etmədiklərini, bu barədə Ermənistanın Amerikadakı səfirliyinin məlumatlandırılacağını bildirib.
Bəyanatda ABŞ Dövlət Departamenti qərəzdə ittiham olunub.
Xatırladaq ki, avqustun 13-də ABŞ Ticarət Nazirliyi sözügedən iki erməni şirkətinə sanksiya tətbiq edildiyini açıqlayıb.
Məlumatda bildirilib ki, İrNISS və “Markel” QSC ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından (CCL) lisenziyasız mallar alaraq, təkrar ixrac edib. Ayrıca, İrnİSS-in icraçı direktoru və “Markel” QSC-nin prezidenti ABŞ-ın sanksiyaları altında olan İran şirkəti ilə işbirliyində ittiham olunub.
Şirkətlərin “qara siyahı”ya daxil edilməsinin səbəbləri ABŞ Federal Reyestrinin saytında dərc edilmiş sənəddə yer alıb.