25 Avqust 2019 00:59
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində kütləvi dava baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə "Bəyaz Saray" şadlıq evinin qarşısında qeydə alınıb.

20 nəfərə yaxın iki qrup arasında mübahisə zəmnində dava düşüb. Əraziyə Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Kütləvi dava zamanı ağır xəsarət alanların olub olmaması barədə hələki məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com