Çinin “Sinogene” şirkəti bir neçə il genetik mühəndislikdən sonra pişikləri klonlaşdırmağı bacarıb. İndi mühəndislər Çinin bütün ərazisi üzrə klonlaşdırılmış heyvan satışı texnologiyası qurmaq üzərində işləyirlər.
Teleqraf.com xəbər verir ki, alimlər pişiklərin klonlaşdırılmasından başqa, at və göyərçinlər üzərində düşünəcəklər.
Hazırda şirkət ev heyvanlarının klonlaşdırılması üzrə rəsmi xidmət göstərməyi planlaşdırır. Bunun üçün üçün təxminən 35,4 min dollar ödəniş lazım olacaq.
Alimlər inanırlar ki, bu işi arzu edənlərin sayı kifayət qədər olacaq.
Çox vaxt Çin şəhərlərində sakinlər uşaq dünyaya gətirmək əvəzinə ev heyvanı əldə etməyi seçirlər. Ölkədəki pişik və itlərin bazar dövriyyəsi on milyardlarla dolları aşır və bu proses inkişaf etməkdə davam edir.