“Min bir gecə”nin unudulmaz aktrisası Bərgüzar Korel 37 yaşını qeyd edib.
Teleqraf.com xəbər verir ki, aktrisanın fanatları ad gününü təbrik etmək məqsədilə xeyriyyə kampaniyasına başlayıblar.
Toplanan ianələrlə Kambocada Musson yağışları zamanı evi məhv olan bir ailəyə ev tikilib. Bu hədiyyədən sevinən Bərgüzar Korel göz yaşlarını saxlaya bilməyib.
Ötən illərdə də aktrisanın ad gününü təbrik etmək üçün 2000 ədəd güldən əklil hazırlayan qrup üzvləri Afrikadakı bir kənddə su quyusu inşa etmişdilər.
Məşhur aktrisa sosial media hesabından bu xeyriyyə addımına bu cür reaksiya verib: “Sayənizdə daha bir ad günümü xoşbəxt göz yaşları ilə qeyd edirəm. Sizin kimi ailəm olduğu üçün çox xoşbəxtəm”.