2 Sentyabr 2019 11:41
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Prezidenti İqor Dodon Moskvada işgüzar səfərdə olduğunu və burada Rusiya Baş nazirinin müavini Dmitri Kozak və “Qazprom” İdarə Heyətinin sədri Aleksey Millerlə görüşəcəyi bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin “Feysbuk” səhifəsində məlumat yerləşdirilib.

“Baş nazir müavini, Rusiya Federasiyası Prezidentinin Moldova Respublikası ilə ticarət və iqtisadi əlaqələrin inkişafı üzrə xüsusi nümayəndəsi Dmitri Kozak, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller və başqaları ilə görüşlər keçirmək üçün Moskvada bir günlük işgüzar səfərdəyəm”, – deyə prezidentin səhifəsində bildirilib.

Moldova nümayəndə heyətinə İqtisadiyyat və infrastruktur naziri Vadim Brınzan, prezidentin müşavirləri İon Kiku və Aureliu Çokoy, habelə “Moldovaqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vadim Çeban daxildir.


Müəllif: Səxavət

Oxşar xəbərlər