4 Sentyabr 2019 23:44
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AKP-nin ixrac etmək istədiyi şəxslər deyil, daha əvvəl haqqında danışdığımız prinsiplərdir. Söylədiklərimizin arxasındayıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu üzvü olduğu AKP-dən kənarlaşdırılmasına dair qərara münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, Davudoğlu 31 mart bələdiyyə sədri seçkilərindən sonra baş verənlərlə bağlı AKP-də fikir ayrı-seçkiliyi olduğunu və partiyanın parçalanma təhlükəsi yaşadığını bildirmişdi.

Ötən gün isə AKP Əhməd Davudoğlunun, Səlcuq Özdağın, Ayxan Səfər Üstünün və Abdullah Başçının partiyadan ixrac edilməsi istəyi ilə İntizam Komitəsinə müraciət edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər