ABŞ prezidenti Donald Tramp sentyabrda BMT Baş Assambleyası çərçivəsində iranlı həmkarı Həsən Ruhani ilə görüşə biləcəyini istisna etməyib.
Teleqraf.com xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.
"Hər şey mümkündür", - deyə Tramp müvafiq suala cavabında bildirib.
BMT Baş Assambleyasının 74-ci sessiyasında 100-dən çox dövlət başçısı, 80-ə yaxın baş nazir və XİN rəhbərinin iştirakı gözlənilir. Qonaqların çıxışları 24-30 sentyabr aralığında ümumi debatlar çərçivəsində olacaq.