6 Sentyabr 2019 10:08
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti beynəlxalq böhrana səbəb olan İrana aid neft tankerinin kapitanına milyonlarla dollar təklif edib, ancaq kapitan təklifi rədd edib.

Teleqraf.com xəbər verir ki, ötən ay Cəbəllütariq boğazında saxlanıldıqdan sonra azad edilən İranın “Adrian Darya1” tankerinin kapitanına gəmini ABŞ-ın müsadirə edə biləcəyi sulara aparması qarşılığında milyonlarla dollar rüşvət təklif etdiyi ortaya çıxıb.

“Financial Times”in bu xəbərini təsdiqləyən ABŞ Dövlət Departamentindən bildirilib ki, kapitana rüşvət təklifini şəxsən Vaşinqtonun İran üzrə xüsusi nümayəndəsi Brian Hook edib.

Hook avqustun 26-da tankerin Hindistan vətəndaşı olan kapitanı A. Kumarın elektron ünvanına göndərdiyi məktubda “Sizə gözəl xəbərim var” deyərək ona gəmini ABŞ-a uyğun istiqamətə aparacağı təqdirdə milyonlarla dollar veriləcəyini bildirib. Ancaq gəmi kapitanı Brian Hooka cavab verməyib.

İkinci məktubunda Hook kapitanı təhdid edərək “Bu pulla istədiyiniz kimi həyat sürə və yaşlandıqda rahat ola bilərsiniz. Bu yolu seçməsəniz həyat sizin üçün çətin olacaq” deyərək təhdid edib.

Kapitan isə Hookun bu məktubuna da cavab verməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər