6 Sentyabr 2019 12:05
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Demokrat Partiyasının üzvü Albio Sayres Konqresə Rusiyanın G7-yə qayıtmasına qarşı yeni qanun layihəsi təqdim edib.

Teleqraf.com-un məlumatına görə, sənəddə qeyd olunur ki, Moskvanın beynəlxalq klubda iştirakı yalnız müəyyən şərtlər daxilində mümkündür.

Konqresmen layihədə Rusiyanın Ukraynanın ərazisini işğal və dünyanın demokratik ölkələrinə hücumlar etdiyini vurğulayıb. Onun sözlərinə görə, G7 sammitində iştirak etmək üçün Moskva bu cür hərəkətlərdən imtina etməlidir.

Sayres əmindir ki, Prezident Donald Tramp Rusiyanın kluba qayıtması üçün beynəlxalq konsensus əldə edilməsinə və hazırlanmış qanun layihəsinin qarşısını almağa çalışacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər