Asteklərin insanı qurban edərək oynadığı top oyunu Ulama 500 il sonra Meksikanın paytaxtı Mexikoda ilk dəfə oynanılıb.
Teleqraf.com xəbər verir ki, XV-XIX əsrlər aralığında Meksikaya gələn ispan konkistadorlar yerli asteklərin ağır toplar və insanı qurban edərək oynadığı bu qanlı oyunu qadağan etmişdi.
Ulama Mexikoda əsrlər sonra bu dəfə insan qurban edilmədən oynanılıb.
Ulama oyunçuları meydana milli kəmərlər və qurşaqlarını bağlayaraq çıxır. Oyun təxminən 4 kq ağırlığında kauçuk topla oynanılır.
Hava və ya yerdə oynanılan oyunda 8 hesabını əldə edən komanda oyunu udur. Oyunda top meydan daxilində saxlanılmalıdır. Oyunda növbə çatmadan topa toxunmaq və ya meydandan kənara atmaq hesaba təsir edir.
“Ulama”, yerli nahuatl dilində “top” və ya “ənənə” deməkdir.
Ulama qitədə yaşayan asteklər, mayalar və inklər tərəfindən min illər əvvəllər oynanılırdı.
Ulamanın oyun meydançası kainatın ikiliyini simvolizə edən sahə kimi qəbul edilirdi. Oyunçular başı kəsilərək qurban ediləndə ölüm, qurban edilmədikləri vaxt isə həyat tərəfində qalırdı.