14 Sentyabr 2019 18:10
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Laden oğlu Həmzə bin Ladenin öldüyünü təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “AFP” xəbər yayıb.

“ABŞ Prezidenti Donald Tramp “Əl-Qaidə”ni Üsamə bin Ladendən miras almış Həmzə bin Ladenin ölümünü təsdiqlədi”, – deyə agentlik yazır.

Bundan əvvəl mediada Üsamə bin Ladenin oğlunun öldüyü barədə xəbərlər yayılmışdı.

Mart ayında Amerika Birləşmiş Ştatları Həmzə bin Ladenin olduğu yeri müəyyənləşdirəcək istənilən məlumata görə 1 milyon dollara qədər mükafat elan etmişdi.

Üsamə bin Laden Amerika xüsusi təyinatlılarının 2011-ci ildə Pakistanda keçirdiyi əməliyyat zamanı məhv edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər