1947-1991-ci illərdə dünyanın iki supergücü – ABŞ və SSRİ arasında gedən “soyuq müharibə” tez-tez dünya müharibəsinin yenidən başlaması narahatlığı yaradırdı. Həmin illərdə ABŞ və SSRİ münasibətləri aydınlaşdırmaq üçün silaha əl atmasa da, qorxunc bir gərginliklə izlənilən prosesin görünməyən tərəfləri də var.
Teleqraf.com “soyuq müharibə” dönəmə aid məlumatları təqdim edir.
Həmin dönəmdə ABŞ və SSRİ kosmosa birgə raket göndərmək barədə razılaşmışdı, lakin Amerika Prezidenti Con Kennedinin qətlindən sonra bu proyekt ləğv edildi.
SSRİ Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) kosmosdan çəkilmiş fotosunda binanın yerləşdiyi həyətin mərkəzindəki görüntünü “iclas salonu” hesab edirdi. Lakin bu, sosisli sandviç verilən kiçik bufet idi.
ABŞ qırıcılardan atılan mərmilərin sınaqlarında ayılardan istifadə edirdi.
“Soyuq müharibə” terminini ilk dəfə məşhur yazıçı Corc Oruell işlədib.
ABŞ hərbi texnologiyanın inkişafı məsələsində SSRİ qarşısında əzələ nümayiş etdirmək üçün Aya atom bombası atmağı planlaşdırırdı, lakin bu proyekt sonradan ləğv edildi.
Dönəmin ən yaxşı kartoqrafiyası SSRİ-də idi. Həmin illərdə hazırlanan xəritələr hələ də istifadə olunur.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) “Pişik əməliyyatı” adlandırdığı layihə üçün 15 milyon dollar xərclədi. Casusluqda pişiklərdən istifadə etmək istədilər, lakin bu baş tutmadı.
1945-ci ildə bir qrup sovet tələbəsi ABŞ səfirliyini ziyarət etdi. Bu əsnada amerikalı səfirə üzərində ABŞ möhürü olan hədiyyə verilmişdi. 7 il divardan asılı qalan möhürün içində dinləmə cihazı vardı.
SSRİ-nin Şimal qütbündə sınaqdan keçirdiyi “Çar bombası”nın çıxardığı tüstü Everest zirvəsindən 7 dəfə böyük idi.
Həmin illərdə Matias Rust adlı alman pilot Sovet ordusunun müdafiə xəttini yararaq Moskvadakı Qızıl Meydana endi. O, 18 yaşlı təcrübəsiz bir pilot idi.
1983-cü ildə SSRİ casusluq ittihamı ilə Nyu-York-Seul reysini həyata keçirən “Boing747” sərnişin təyyarəsini vurdu. Nəticədə 269 nəfər həyatını itirdi.
1983-cü ildə Sovetin internet sistemi ABŞ-ın SSRİ-yə atom bombası atdığını “təsbit etdi”. Sovet ordusunun polkovniki Stanislav Petrov sistemin yanıldığını anlamasaydı, böyük bir müharibə başlayacaqdı.
ABŞ 1960-cı illərdə nüvə silahı daşıyan 5 ədəd qırıcını tez-tez havaya qaldırırdı. Bunlardan ikisi qəzaya uğradı.
CIA həmin illərdə SSRİ ilə yaxınlığına görə 638 dəfə Kuba lideri Fidel Kastronu öldürməyə cəhd etmişdi.
ABŞ-ın hava hücumlarında istifadə etdiyi siqnal sisteminin səsi 40 km məsafədə eşidilə bilirdi.
Sui-qəsd planları uğursuz olan CIA Kastronu öldürmək üçün mafiyadan kömək istəmişdi.