19 Sentyabr 2019 10:43
2 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdə Suriya başçısı Bəşər Əsədlə görüş məsələsini müzakirə etdik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müxalifətdə olan Səadət Partiyasının sədri Təməl Karamollaoğlu deyib.

Partiya sədri Ərdoğanın suriyalı həmkarı ilə görüşü istisna etmədiyini bildirib:

"Mən birbaşa “Mütləq Əsədlə görüşmək lazımdır” ifadəsini işlətmədim, amma Suriya ilə müzakirə aparmağın vacibliyinə diqqət çəkdim. Hörmətli prezident buna etiraz etmədi. Üstəlik, müəyyən səviyyələrdə bir sıra danışıqların başladığına dair sözlər dedi.

Zatən, Ankarada İran, Rusiya və Türkiyə arasında baş tutan görüşdə bunun nəticəsini gördük. Verilən qərarlar bu istiqaməti göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər