19 Sentyabr 2019 13:01
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildə keçirilən parlament seçkilərinin nəticələrinə görə heç bir partiya təkbaşına hökumət qurmaq imkanı əldə etməyib.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın dostu adlandırdığı İsrail baş naziri Binyamin Netanyahun haqqında deyəcəyi sözlər bu mənada xüsusi maraq yaradır.

Prezident Tramp jurnalistin “İsraildəki seçkilərdən sonra Netanyahuya telefon açıb-açmadığı” sualına “Bizim əlaqələrimiz İsraillədir” cavabını verib.

Prezidentin Trampın bu cavabı “Tramp Netanyahunu satdı” şəklində şərh olunur.

Son bir ildə Tramp İsrail baş naziri Netanyahuya kifayət qədər ciddi dəstək verib. Məhz bu səbəbdən İsrail baş naziri seçkilərdə Fələstin torpaqlarını İsrailə qatacağı kimi bəyanatlarla çıxış edib.

Buna baxmayaraq seçkilərdə Mavi-Ağ İttifaq qalib gəlib.

Artıq Netanyahu Mavi-Ağ İttifaqın lideri Benny Qantzə milli hökumət qurmaq çağırışı edib.

Qantz seçkidən əvvəl bəyan etmişdi ki, Likud Partiyası ilə koalisiya danışıqlarına hazırdır, amma bunun üçün Netanyahu partiya liderliyindən istefa verməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər