Heç bir şey yerində durmur. Məşhur rus atalar sözü var, qonşunu seçmirsən. Siz, xanımınızı, dostunuzu seçə bilərsiniz, ancaq qonşunuzu seçə bilmərsiniz. Qonşularla yaxşı keçinmək lazımdır. Ortaq maraqların olduğu səhnədə müştərək yol tapmaq gərəkdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Dövlət maraqları önəmlidir, ancaq Türkiyəyə satdığınız silahlar günün birində bizə qarşı çevrilməzmi” sualına cavabında deyib.
Şoyqu əlavə edib ki, reallıqda Türkiyə və Rusiya üçün ortaq maraq və terror kimi təhlükəli nöqtələri var. Ortaq təhdid olaraq terrorçulara qarşı birgə mübarizə hər iki dövlətin maraqlarına xidmət edir.
Müdafiə naziri ABŞ-Rusiya münasibətlərində ən pis mərhələnin yaşandığını bildirib: “Ölkələrin siyasi tərəfləri arasında problemlər yaşana bilər. Ancaq biz hərbçilər müharibənin nə olduğunu çox yaxşı bildiyiniz üçün təmasları davam etdiririk”.