24 Sentyabr 2019 00:27
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə tərəfi təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətinə qarşı bir daha qətiyyətli etirazını ifadə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Twitter” səhifəsinə qeyd edib.

"İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupunun iclasında Ermənistanın hüquqdankənar əməllərini bir daha qınadıq", deyə məlumatda qeyd olunur.


Müəllif: Teleqraf.com