24 Sentyabr 2019 13:48
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp iki il Türkiyədə həbsdə qaldıqdan sonra amerikalı din adamı Endryu Bransonun azad edilməsinə görə türk həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, Tramp Bransonun Vaşinqtona təhvil verilməsindən sonra Ərdoğanla dostlaşdığını bildirib.

Amerika prezidenti keçən il din adamının ekstradisiya edilməsi ilə bağlı aparılan danışıqlar haqda bunları deyib: “Uzun müddət Türkiyədə həbsdə qaldıqdan sonra Bransonu indi güclü dost olduğum Prezident Ərdoğanla çox qısa və qarşılıqlı hörmət əsasında baş tutan görüşdən sonra evə gətirdik. Prezident Ərdoğana zəng edib dedim ki, o, günahsızdır.

Məndən əvvəlki hakimiyyət onu həbsdən azad etməyə çalışırdı, amma buna çox cəhd etdiyini düşünmürəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər