26 Sentyabr 2019 15:50
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə tərəflər arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə toxunublar.

Paşinyan qeyd edib ki, Ermənistan münaqişənin həllini yalnız dinc proses çərçivəsində görür və inqilabdan sonra bunu dəfələrlə bəyan edib.

NATO baş katibi isə bildirib ki, alyans tərəflərin regional sülh, sabitlik və təhlükəsizlik kontekstində münaqişənin yolu ilə həll səylərini dəstəkləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər