Bu gün İstanbulda baş vermiş zəlzələ nəticəsində 8 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu rəqəmi Türkiyənin Prezidneti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Türkiyə Prezidentinin sözlərinə görə, zəlzələ nəticəsində şəhərin bəzi yerlərində binalarda çatlar da əmələ gəlib.
R.T.Ərdoğan qeyd edib ki, bu saat qədər 28 yeraltı təkan qeydə alınıb.
Türkiyə dövlət başçısının sözlərinə görə, zəlzələnin fəsadlarını aydınlaşdırmaq məqsədilə vitse-prezident Fuat Oktayın rəhbərliyi altında dövlət komissiyası da yaradılıb.