27 Sentyabr 2019 14:19
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2018-ci ilə dair “İllik intihar” hesabatını təqdim edib.

Teleqraf.com xəbər verir ki, hesabatın təqdimatında çıxış edən Pentaqon rəsmisi Karin Orvis ABŞ ordusunda intiharların getdikcə böyüyən problemə çevrildiyini bildirib.

Hesabatda Amerika Silahlı Qüvvələrində intihar hallarının ötən illərlə müqayisədə 24.8% artdığı vurğulanıb. Bu nisbətin 2013-cü ildə 20% olduğu bildirildiyi halda, 2018-ci ildə ordunun 541 hərbçisinin özünü öldürdüyü qeyd edilib.

ABŞ ordusunda ən çox rast gəlinən intihar üsulu silahla özünü vurmadır.

Müdafiə naziri Mark Esper bir neçə gün əvvəl ABŞ-da gənclər arasında yayılan intiharların orduya da sirayət etdiyini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər