Fransanın paytaxtı Paris şəhərində ölkənin keçmiş prezidenti Jak Şirakla vida mərasimi keçirilir.
Fransa xalqı prezidentlə vidalaşmaq üçün “İnvalidin San-Lui” kilsəsinin önünə toplaşıblar.
Bu gün ancaq Fransa xalqı keçmiş prezidentlə vidalaşacaq. Vida mərasiminə minlərlə şəxs gəlib.
Sabah Fransa Respublikasının Prezidenti Emmanuel Makron və xanımı Bridcit Makron, ölkənin rəhbər şəxslərinin iştirakı ilə rəsmi vida mərasimi keçiriləcək. Mərasimdə xarici dövlətlərin cari və keçmiş rəhbərləri, hökumət başçılarının iştrakı gözlənilir.
Fransanın keçmiş prezidenti Jak Şirak sabah Parisin “Monparnas” qəbiristanlığında yerli vaxtla saat 15:00-da dəfn ediləcək. Dəfn olunma mərasimi ailə çərçivəsində baş tutacaq.