30 Sentyabr 2019 19:39
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Rusiyaya qarşı sanksiyalarını genişləndirib.

Teleqraf.com xəbər verir ki, sanksiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın güman edilən müdaxiləsi ilə bağlıdır.

ABŞ-ın Maliyyə Nazirliyinin açıqlamasına görə, sanksiya siyahısına seçkilərə müdaxilədə adı hallanan İnternet Araşdırmaları Agentliyi ilə bağlı olduqları güman edilən iki nəfər şəxs, habelə Seyşel adalarında qeydiyyatdan keçən və adıçəkilən təşkilatı maliyyələşdirməkdə şübhəli bilinən rusiyalı sahibkar Yevgeni Priqojinə bağlı olan “Autolex Transport”, “Beratex Group” və “Linburg İndustries” şirkətləri salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər