Türkiyənin başladığı "Sülh çeşməsi" əməliyyatı çərçivəsində Suriya-Türkiyə sərhəddindəki Kobaninin cənubunda hərbi bazasını boşaldan ABŞ ordusunun yenidən aviabaza yaratdığı barədə məlumat yayılıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Sırrindakı bazada fəaliyyətə başlayıb.
Məlumata görə, ABŞ ordusunun 50-yə yaxın zirehli texnikası İraq nömrə nişanlı çoxlu sayda TIR Sırrin mahalına çatıb. Köhnə bazalara gedən hərbi maşınların burada gözləmə mövqeyində olduğu deyilir.