4 Noyabr 2019 08:00
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin 2018-ci ilin antiterror məsələlərinə dair hesabatında "YPG" terror təşkilatı haqqında bəhs edilməməsi Vaşinqtonun bu qruplaşma ilə əməkdaşlığını gizlətməyə çalışdığının göstəricisidir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy deyib.

H. Aksoy açıqlamasında bildirib: "Sənəddə "YPG" haqqında bəhs edilməməsi, və bunun əvəzində "PKK-nın Suriyadakı qolu" ifadəsinin istifadə edilməsi, bu terror təşkilatı ilə əməkdaşlığını gizlətməyən ABŞ-ın öz qanunsuz mövqeyini gizlətmək cəhdidir".

H. Aksoy ABŞ-ın xarici terror təşkilatları siyahısına daxil etdiyi PKK-nın 2015-2018-ci illərdə Türkiyədə 1200-dən çox mülki şəxsin, polisin və hərbçinin ölümünə görə məsuliyyət daşıdığını xatırladıb.

Diplomat qeyd edib ki, buna rəğmən məruzədə Türkiyənin beynəlxalq antiterror təşkilatlarında, o cümlədən Qlobal Terrorla Mübarizə Forumunda və ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyasının işində "fəal iştirakı" qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər