10 Noyabr 2019 08:04
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minskdəki üç böyük ticarət mərkəzində və Belarus paytaxtının Mərkəzi Dəmiryol Vağzalında istehkamçı-pirotexnik qruplar yoxlama aparır, insanlar təxliyə olunur.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir: "Səhər saat 7 radələrində Belarus Dəmir Yollarının Mogilev şöbəsinin elektron poçtuna Minskdəki Zamok, Dana Mall, Galileo ticarət mərkəzlərində, həmçinin Mərkəzi Dəmiryol Vağzalında təhlükə olması barədə məlumat gəlib.

İstehkamçı-pirotexnik qruplar göstərilən obyektlərdə yoxlama aparır. Təhlükəsizlik tədbirlərinə riayət etmək məqsədi ilə polis təxliyə tədbirlərihəyata keçirir".

Daxili İşlər Nazirliyi, həmçinin vətəndaşları təhlükəsizlik tədbirlərinə riayət etməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının tövsiyələrinə əməl etməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər