12 Noyabr 2019 10:36
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İslami Cihad”ın hərbi qanadı Qüds Səriyyəsinın komandirlərdən birinə sui-qəsd təşkil edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Qəzzadakı evində olarkən qəfil hücuma məruz qalan Bəha Əbul Ata öldürülüb.

İsrail ordusu məsələ ilə bağlı verdiyi açıqlama verib: “Ölkə kəşfiyyatı ilə birlikdə həyata keçirlən əməliyyatda “İslami Cihad”ın komandiri Bəha Əbul Atanı hədəfə aldıq”.

Əməliyyata baş nazir Netanyahu razılıq verib. İsrail tərəfi hesab edir ki, Ata Qəzzada İsrailə qarşı həyata keçirilən əksər hücumların iştirakçısı olub.

Atanın təmsilçisi olduğu Qüds Səriyyəsi isə elan edib ki, komandirin öldürülməsinə görə İsrailə zəlzələ təsiri yaradacaq qarşılıq veriləcək.

Fələstinin Səhiyyə Nazirliyi bəyanh edib ki, Qəzzanın şərqüində Əbul Ataya qarşı əməliyyat zamanı bir qadın öldürülüb, iki nəfər yaralanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər